5 iyl 2023 12:58
Macarıstan İsveçin NATO üzvlüyü məsələsində Türkiyə ilə birlikdə hərəkət edəcək.
Metbuat.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto belə deyib. O bildirib ki, Türkiyənin mövqeyində dəyişiklik olarsa, Macarıstan NATO-ya üzvlük prosesində heç bir ölkəyə mane olmayacağına dair verdiyi sözə əməl edəcək.
“Əgər Türkiyənin mövqeyində dəyişiklik olarsa, təbii ki, Macarıstanın NATO-ya üzvlük prosesində heç bir ölkəyə mane olmayacağına dair verdiyimiz sözə əməl edəcəyik”, - Szijarto bildirib.