3 iyl 2023 10:29
Türkiyədə Azərbaycan vətəndaşlarının mənzil alışı azalıb.
Metbuat.az xəbər verir ki, may ayında Türkiyədə ən çox mənzili Rusiya vətəndaşları alıblar. Sonrakı yerlərdə isə İran, Ukrayna və Almaniya vətəndaşları gəlir.
Türkiyənin Statistika İdarəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədən 336 mənzil alıblar. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 235 mənzil azdır. Keçən ilin 5 ayında azərbaycanlılar Türkiyədən 571 mənzil alıblar.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində Türkiyədə mənzil alışı azalıb.