METBUAT.AZ

Hadisə

Üç gün əvvəl övladına toy etmiş kişi

16 iyl 2023 23:15

Oğuz rayonunun Böyük Söyüdlü kəndində intihar hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Mikayıl oğlu Məmmədkərimov yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, 51 yaşlı C.Məmmədkərimov üç gün əvvəl oğluna toy edib.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.