13 iyl 2023 14:43
Qadının cəmiyyətdə tutduğu mövqe, onun cəmiyyətin həyatında fəal iştirak etməsi hər zaman aktual olub. Bir qadının biznesdə uğurlu olması üçün ilk növbədə özünə güvəni olmalıdır. Qırğızıstanın özgüvənli və uğurlu iş xanımlarından biri də Anzhelika Kairatovadır.
İşgüzar xanım, tanınmış müğənni, aktrisa, teleaparıcı və prodüser Anzhelika Kairatova biznes sferasında 15 illik iş təcrübəsinə malikdir. İşgüzar xanım Türkiyənin “Alanya Homes”, BƏƏ-nin “Mai-Dubai”, Malayziyanın “M international” brendlərinin Qırğızıstandakı rəsmi təmsilçisi, eyni zamanda “Brand Lika” kosmetika və “Fransa” parfümeriyanın qurucusudur.
Fəal şəkildə xeyriyyəçilik işləri ilə məşğul olan işgüzar xanım bu sahədə gördüyü işlərlə adından tez-tez söz etdirir. Uğurlu iş xanımının gələcək planlarında Bakıda iş qurmaq ön plana çıxır.
Anzhelika Kairatova, 2 iyul 2023-cü il tarixindəDreamland oteldə baş tutan “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Successful Businesswoman of the Year”nominasiyasına layiq görülüb.