17 iyl 2023 11:49
Ukrayna ordusu iyunun əvvəlində əks-hücuma başlayandan sonra ümumilikdə 210,5 kvadrat kilometr ərazini işğaldan azad edib.
Metbuat.az xəbər verir ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar belə açıqlama verib. O bildirib ki, Ukraynanın müdafiə qüvvələrinin cənubda Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatları uğurla davam edir. Onun sözlərinə görə, cənubda son bir həftədə 10,9 kvadrat kilometr ərazi işğaldan azad edilib.
Malyar hücumlar zamanı Rusiya ordusuna məxsus çox sayda hərbi texnikanın məhv edildiyini, 50 rus əsgərinin əsir götürüldüyünü açıqlayıb.