METBUAT.AZ

Dünya

Ukrayna Krım körpüsünə hücum etdi -

17 iyl 2023 12:24

Rusiyanın Milli Terrorla Mübarizə Komitəsi Krım körpüsünə Ukrayna qüvvələri tərəfindən pilotsuz dəniz vasitələri ilə hücum edildiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, komitə hücumun Ukrayna xüsusi xidmət qüvvələri tərəfindən həyata keçirildiyini bildirib. Hücum zamanı 2 pilotsuz dəniz vasitəsindən istifadə edilib. Məlumata görə, Ukraynanın hücumu nəticəsində 2 nəfər həyatını itirib. Bir nəfər yaralanıb. Hücum nəticəsində körpünün magistral hissəsi zədələnib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da sosial media hesabında Krım körpüsünə hücumu pisləyib. “Kiyev rejimi terrorçudur. Qərarlar ABŞ və Britaniya kəşfiyyatı və siyasətçilərinin iştirakı ilə Ukrayna hakimiyyəti və hərbçiləri tərəfindən qəbul edilir. Terrorçu dövlət strukturunun başında ABŞ və Böyük Britaniya dayanır” – Zaxarova qeyd edib.


metbuat.az.