METBUAT.AZ

Elm və Təhsil

UNEC-də magistraturaya qəbul planı 99 faiz dolub

20 iyl 2023 11:09

Ali təhsil müəssisələrinin magistratura səviyyəsində ixtisas seçiminin birinci mərhələsinə ixtisas seçimləri başlayıb.

Metbuat.az xəbər verir ki, seçimlərin ilk mərhələsində 2387 magistr UNEC-i seçib və magistraturaya qəbul planı 99,2% dolub. UNEC Biznes Məktəbində (MBA) isə bütün yerlər tutulub.

Bütövlükdə, Azərbaycanda magistraturaya qəbul olanların (13286 nəfər) 18 faizi məhz UNEC-in payına düşür.


metbuat.az.