19 iyl 2023 10:38
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi üzərində iş başa çatıb”.
Metbuat.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, yaxın vaxtlarda layihə aidiyyəti orqanlarla razılaşdırılaraq Milli Məclisə və yuxarı instansiyalara təqdim olunacaq.
Qeyd edək ki, “Uşaq hüquqları haqqında” yeni qanun Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli Sərəncamı ilə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb.