METBUAT.AZ

Dünya

Vaşinqtondan Kiyevə nə qədər məlumat gəldiyini çox yaxşı bilirik -

17 iyl 2023 15:46

“Krım körpüsünə edilən hücumun arxasında kimin olduğunu bilirik. Şimali Atlantika Alyansı və Vaşinqtondan Kiyevə nə qədər məlumat gəldiyini çox yaxşı bilirik".

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. O bildirib ki, Rusiya baş nazirinin müavini Marat Husnullin və Rusiya kəşfiyyatı Krım körpüsünə hücumla bağlı Prezident Vladimir Putini məlumatlandırıb. Peskovun sözlərinə görə, Putin körpüdəki vəziyyətlə bağlı hadisə yerində olan səlahiyyətlilərlə əlaqə saxlayaraq onlayn görüş keçirib.

Dmitri Peskov qeyd edib ki, Putin Krıma gedən nəqliyyat vasitələri və vətəndaşlara köməklik göstərilməsini istəyib və körpünün təmiri ilə bağlı göstəriş verib.


metbuat.az.