24 iyl 2023 17:04
İnsan həyatı həkimlik peşəsinin ən önəmli predmeti olduğu üçün hər zaman müqəddəs hesab olunub. Peşəsini mükəmməl bilən, insanların sağlamlığının keşiyində duran həkimlərə hər zaman ehtiyac duyulub. Bu adı daşımaq həm məsuliyyətli, həm də şərəflidir. Müasir dünya standartları öz peşəsində uğurla tətbiq edən Qazaxıstanın peşəkar həkimlərindən biri də Viktoria Igoninadır.
Tibbi yenilikləri praktikada uğurla tətbiq edən həkim illərin təcrübəsinə malik ginekoloq, reproduktiv-endokrinoloq, androloq və “Om klinika”sının təsisçidir. Müasir avadanlıqlar və texnologiyalarla təchiz olunmuş dünya standartlarına cavab verən klinikada Viktoriya xanım peşəkar komandası ilə birlikdə sonsuzluğun müalicəsi ilə bağlı tibbin son yenilikləri tətbiq edərək minlərlə ailəyə valideyn olmaq sevincini bəxş edir. O, təkcə Qazaxıstanda deyil, eyni zamanda Rusiyada da tələbli həkimlər sırasındadır. Rusiya Reproduktiv Tibb Assosiasiyasının üzvü olan peşəkar həkim Rusiyada təşkil olunan elmi konfranslarda məruzəçi kimi çıxış edib.
Düzgün diaqnoz və müayinələri ilə adından söz etdirən Viktoria İgonina, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Successful Health Entrepreneur of the Year”nominasiyasına layiq görülüb.