11 iyl 2023 12:39
Xəbər verdiyimiz kimi, “Neftçi”nin baş məşqçisi Adrian Mutu olub. Rumıniyalı mütəxəssis ilə iki illik müqavilə imzalanıb.
Metbuat.az xəbər verir ki, Adrian Mutu 1979-cu il yanvarın 8-də anadan olub.
Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan A.Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada “İnter”, “Hellas Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarının formasını geyinib, Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub. 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.
Adrian Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya Krayova” (Rumıniya, 2021) və “Rapid”in (Buxarest, Rumıniya, 2022-2023) baş məşqçisi olub. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.
11 avqust 2011-ci ildə Mutu və komanda yoldaşı Qabriel Tamaş komanda yoldaşları yoldaşlıq oyununda oynayarkən barda içkili vəziyyətdə aşkar edilib və Rumıniya milli komandasından kənarlaşdırılıb. Lakin cəmi üç oyundan sonra onların cəzası götürülüb. 2013-cü ildə "Facebook"da menecer Viktor Piţurcanın Mister Bin kimi şəklini yerləşdirdikdən sonra Mutunun milli komandada oynaması qadağan edilib.