19 iyl 2023 17:07
Xalq artisti Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib.
Metbuat.az "Teleqraf.com"a istinadən bildirir ki, Şahnaz Haşımovanın nəvəsi onun səhhəti barədə danışıb. O deyib ki, Xalq artistinin səhhəti ötən gün pisləşib:
"Ötən gün səhər saatlarında Gəncədə 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Səhhətində problem yaranıb. Şəkər xəstəliyindən əziyyət çəkir, təzyiqi də qalxıb. Bu problemlər isə qan dövranına təsir edib. Hazırda özünü yaxşı hiss edir".
Qeyd edək ki, Şahnaz Haşımova Əməkdar artist Aybəniz Haşımovanın bacısıdır.