29 iyl 2023 10:02
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi bu gündən Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Qeyd olunur ki, bu gündən Xəzər dənizi akvatoriyasında başlayacaq külək iyulun 30-u səhər saatlarına kimi davam edəcək. Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizə isə 30-32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2,0-3,0 metr, sonrakı inkişafda 3,5-5,5 metrə çatacağı proqnozlaşdırılır.