METBUAT.AZ

Ölkə

Yağıntılı hava atmosfer havasının keyfiyyətinə müsbət

1 iyl 2023 12:54

"Bu gün səhər saatlarında atmosfer havası üzrə avtomatik stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəricilərinin norma daxilində olduğu müəyyən edilib".

Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Xidmət rəisinin sözlərinə görə, hava şəraitinin yağıntılı keçməsi atmosfer havasının keyfiyyətinə öz müsbət təsirini göstərib.

"Gün ərzində atmosfer havasının keyfiyyətinin əlverişli və oksigenlə zəngin olacağını demək olar",- o vurğulayıb.


metbuat.az.