METBUAT.AZ

Siyasət

Yaşar Gülər Prezidentin köməkçisi ilə

14 iyl 2023 15:38

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovla görüşüb.

Metbuat.az xəbər verir ki, görüş Xalid Əhədovun Türkiyəyə səfəri çərçivəsində baş tutub.

Yaşar Gülər görüş zamanı ölkələrimiz arasında əzəli və əbədi qardaşlıq bağlarının olduğunu bildirib.

“Bu günə qədər “İki dövlət, bir millət” anlayışı ilə getdiyimiz yolda bundan sonra qətiyyətli şəkildə yolumuza davam edəcəyik”, - nazir əlavə edib.


metbuat.az.