13 iyl 2023 12:22
Qış aylarına nisbətən yay aylarında qida zəhərlənmələri daha çox qeydə alınır. Bəs bu mövsümdə yediyimiz hans qidalara diqqət yetirməliyik?
Məsələ ilə bağlı saytımıza danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki,
"Yayda isti havalarda orqanizmin suya ehtiyacı artıq. Ümumiyyətlə, hər bir insan orqanizmi mütləq şəkildə günlük insan orqanizminin maye balanası təmin edəcək qədər su içməlidir. Buraya yalnız təmiz su və gün ərazində qəbul edilən meyvə-tərəvəzlərin tərkibindəki mayelər daxildir".
"Mövsümündə olan xıyar, pomidor, göyərtilər, yay meyvələri əsas qidalardır. Bir insan orqanizmi üçün standart su, hər kq insan çəkisində görə 30 ml hesablanır. Digər bir məqam isə yayda sağlam içkilər sular, evdə hazırlanmış qatıqdan olan ayranlar, bitki dəmləmələri orqanizmin maye balansını təmin edir. Yayda insan orqanizminin maddələr mübadiləsinin sürəti aşağı düşür və qidaları həzm edə bilmir. Bu da vitamin mineral çatışmazlığına, bağırsaq problemlərinə gətirib çıxarır. Mütləq tez həzm olan və yüngül qidalardan istifadə etmək lazımdır. Yayda insanlar yuxu rejiminə də diqqət etməlidirlər. Bu da iştaha təsir edir. Əks halda hormonal balans pozulur.
Qidalarda müxtəlif çeşidlərə fikir vermək lazımdır. Yediyimiz qaidaların mənşəbəyi bilinməlidir. Günlük karbohidrat, zülal ehtiyaclarımızı almalıyıq. Vitamin və mineral balansı üçün tərəvəz və çərəzlərə üstünlük verməliyik. Bunları qəbul etməklə biz orqanizmimizin bütün makro və mikro elemntlər ehtiyacını ödəyə bilərik.
Yayda istehsal olunan dondurmalar yüksək kalori, şəkər var. Dondurma sağlam süd, qaymaq, yağdan hazırlanıbsa, çox keyfiyyətli qidadır. Bu qida məhsuları orqanizmə enerji verir. Lakin yeməkdən dərhal sonra yemək olmaz, gün ərzində qəbul etdiyimiz kalori miqdarına hesablamalıyıq. Onu məhz elə yemək zamanı qəbul etmək olar. Çünki onun tərkibindəkilər orqanizmin enerji ehtiyacını ödəyir. Satışda olan paketlənmiş dondurmaların tərkibindəki məhsulların çoxu keyfiyyətsiz olur. Əgər palma, trans yağlardan istifadə olunubsa, dadalndırıcı olaraq kimyəvi maddələrdən daha çox istifadə olunubsa, dondurma birbaşa təhlükə yaradır.
Gün ərazində qadınlar 20, kişilər 35 qram şəkər qəbul etməlidir. Günlük şəkər meyvə-tərəvəzdən alınıbsa, dondurma artıq əlavə şəkər miqdarı deməkdir. Bu zaman orqanizm üçün zərərli ola bilər.
İdmana gedən şəxslər idmandan əvvəl və sonra dərhal qida qəbulu olmaz. Yaxşı olar ki, fəaliyyətə başlamazdan əvvəl və sonra 1 saata ara vermək lazımdır.
Əgər un məmulatları, xəmir, nişasta tərkibli, düyü kimi qidalar qəbul edilən zaman orqanizmdə problem yaranır. Eyni zamanda idmanda əzələ kütləsi əvəzinə, yağ təbəqəsi arta bilər. Zülal tərkibli yumurta, ət, balıq, toyuq, quş ətləri bunlardan istifadə daha yaxşı olar. Həddən artıq qızardılmış qidalar yayda zərərli qidalardır. Yayda az kolorili, müvsümi meyvə, tərəvəzlərdən hazırlanan salatlara üstünlük versinlər. Yeməklərin təzə bişirilməsinə diqqət emtək lazımdır. Yayda bişirlən yemək otaqda açıq havada bir saatdan artıq qalsa, onun tərkibində mikrobioloji çirklənmələr yaranır. Bundan başqa, yayda ən çox zəhərlənmələr göbələkdən qeydə alınır. Nə qədər göbələk haqqında biliklər olsa da, meşədən toplanması tövsiyə olunmur. Yaxşı olar ki, öncə allergiyanın olub-olmaması müəyyən edilsin, market və bazarda sərin yerdə saxlanılan göbələri alsınlar. Dondurulmuş ət məhsuldursa, birfədəlik istehlak olunmalıdır. Son olaraq onu da qeyd edim ki, plastik qablarda, polietilen torbalardan marketdə istifadə olunursa, bunu yaxın məsafə üçün nəzərdə tutun. İsti hava şəritində qaldıqda onlar məhsullar reaksiyaya girirlər. Belə olan halda "Bisfenol A" maddəsinin qidaya yoluxmasına səbəb olur. Xərçənə meyillik, xroniki xəstəliklər olan insanlar