26 iyl 2023 12:28
"Yeşilçam"ın aktyoru Yaşar Yağmur 74 yaşında dünyasını dəyişib.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyor uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkirmiş .
Qeyd edək ki, Yaşar Yağmur ümumilikdə 35 filmdə yer alıb. O, “Bu dünya”, “Həzrəti Yusif”, “Yuvasız quşlar”, “Ata ataları” və “İsrafsızlar” filmlərindəki rolları ilə daha çox tanınıb.