METBUAT.AZ

Siyasət

Zakir Həsənov Türkiyədə

25 iyl 2023 09:15

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə İstanbul şəhərində keçiriləcək “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Müdafiə naziri sərgidə nümayiş etdiriləcək müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.


metbuat.az.