METBUAT.AZ

Hadisə

Zaqatalada 1,7 ton narkotik tərkibli bitki

14 iyl 2023 14:05

Zaqatalada 1,7 ton narkotik tərkibli bitki məhv edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Belə ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Keçirilən tədbir zamanı Aşağı Tala kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 730 kiloqram olan 2428 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


metbuat.az.