METBUAT.AZ

Dünya

Zelenski taxıl sazişindən danışdı

13 iyl 2023 12:58

“Taxıl sazişinin davamı üçün Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin də səyləri lazımdır”.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. Zelenski NATO-nun Vilnüs Sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna-NATO Şurasının iclasında taxıl təşəbbüsü məsələsini gündəmə gətirib:

"Prezident Ərdoğan Türkiyənin taxıl təşəbbüsünü dəstəklədiyini, lakin risklərin olduğunu söylədi. BMT-nin baş katibi Antonio Quterreşin bu məsələdə səylərinə ehtiyac var. Çünki, onların Rusiya tərəfi ilə müqavilələri var idi”.


metbuat.az.