METBUAT.AZ

Ölkə

Zəlzələ zamanı nə etməliyik? -

4 iyl 2023 10:00

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 5, 7 bal gücündə zəlzələ baş verib. Bir çox ərazilərdə hiss olunan təbiət hadisəsi insanlarda təşvişə səbəb olub.

Metbuat.az zəlzələ zamanı davranış qaydalarını təqdim edir:

- ilk təkanı hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxtınız olduğunu bilin;

- evdən çıxarkən ehtiyat çantası və mobil telefonunuzu götürün;

- qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün;

- binanı tərk edib açıq və təhlükəsiz yerdə dayanın;

- əgər binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalın;

- liftdən istifadə etməyin;

- təşvişə düşüb yüksək mərtəbədən tullanmayın;

- evdə təyin etdiyiniz təhlükəsiz yerə (yükdaşıyan divar və beton sütun) keçin;

-dəmir ayaqlı masa varsa, onun altına girin;

- diz üstə çökün və ya böyrü üstə uzanıb ayaqlarınızı bükün və əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qorunun;

- yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın.

Zəlzələ sizi küçədə haqlayıbsa:

- bina, elektrik dirək və xətləri, sıldırımlı yerlər, körpülərdən uzaq durun, dərhal açıq sahəyə çıxın;

- əgər avtomobillə açıq sahədə hərəkət edirsinizsə, onu dayandıraraq pəncərələri bağlayıb, içində təkanların bitməsini gözləyin;

- əgər avtomobillə binaların yaxınlığında hərəkət edirsinizsə, dərhal onu tərk edib, açıq sahəyə çıxın


metbuat.az.