19 iyl 2023 15:47
Sosial mediada 327 mindən çox izləyicisi olan və mikroskop vasitəsilə aparıdığı araşdırmaları ilə böyük rəğbət qazanan genetika mühəndisi türkiyəli Dilarə Sarı bu dəfə zəmzəm suyu üzərində araşdırma aparıb.
Metbuat.az xəbər verir ki, o, zəmzəm suyunu mikroskop altında araşdırıb. Həmin anlarını sosial media hesabında paylaşan Sarı bildirib ki, zəmzəm suyu minerallarla çox zəngindir. Xüsusilə maqnezium, kalsium, natrium və kalium ehtiva edir. Zəmzəm suyunda mineralla müqayisədə orta hesabla 10 qat daha çox mineral var. Mühəndis Sarının zəmzəm suyu ilə bağlı paylaşımı minlərlə bəyənmə toplayıb.