7 iyl 2023 11:31
Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Metbuat.az "Report"a istinadən xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər.
Daha sonra məhkəmə hökmü elan edib.
Məhkəmənin hökmü ilə biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.