METBUAT.AZ

Dünya

4 ölkədən Belarusa çağırış

28 avq 2023 16:53

Polşa, Latviya, Litva və Estoniyanın daxili işlər nazirləri Belarusa çağırış edib.

Metbuat.az xəbər verir ki, birgə görüşdən sonra nazirlər birgə bəyanatla çıxış ediblər. Açıqlamada nazirlər regional təhlükəsizlikdən narahatlıq ifadə ediblər:

“Belarus rejiminin açıq şəkildə dəstəklədiyi və süni şəkildə davam etdirdiyi qeyri-qanuni miqrasiya səbəbindən dörd ölkə Rusiya tərəfindən təzyiqlərlə üzləşib. Belarusdan Polşaya miqrasiya davam edir. Rusiya bundan ölkəmizin və Avropa İttifaqının sabitliyini pozmaq üçün istifadə edir. Vurğulayırıq ki, Rusiya və onunla əməkdaşlıq edən Belarusun hərəkətləri regionda vəziyyətin sabitliyini pozmaq üçün məqsədyönlü cəhdləridir. Bütün qətiyyətimizlə bəyan edirik ki, buna birlikdə qarşı çıxacağıq. Cavabımız ortaqdır, qərarlı və hazırdır. Sərhəd keçidlərini bağlayırıq. Biz Belarus rejimini “Vaqner” qrupunu öz ölkələrindən qovmağa, bütün qeyri-qanuni mühacirləri sərhəd bölgələrindən çıxarmağa və öz ölkələrinə qaytarmağa çağırırıq”.

Bəyanatı Polşanın daxili işlər naziri Mariuş Kaminski, Litvanın daxili işlər naziri Aqne Bilotaite, Latviyanın daxili işlər naziri Maris Kuçinskis və Estoniyanın daxili işlər naziri Lauri Laanemets imzalayıb.


metbuat.az.