METBUAT.AZ

Ölkə

8 yaşlı uşağı səhv sünnət edən həkim:

4 avq 2023 10:42

8 yaşlı uşaq həkim səhvinin qurbanı olub.

Metbuat.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sünnət olan uşağın, həkim səhvinin qurbanı olduğu iddia edilir.

Uşağın aldığı travmalar ağrı acılar kiçik ciyinlərində böyük yük olub.

Valideynlərinin sözlərinə görə 1 il öncə cərrah Fuad Nəzərov tərəfindən uşaq sünnət edilib. “Əməliyyat edilən gündən azyaşlının vəziyyəti pisləşib.”

Adı hallanan Fuad Nəzərovla da telefon əlaqəsi saxlanılsa da, ancaq həkim danışmaq istəmədiyini bildirib.

Məsələ ilə bağlı TƏBİB-dən isə bildirilib ki, qurumun nəzdində müvafiq tibbi komissiyalar yaradılıb. Tibbi və məhkəmə ekspertizaları nəticəsində həkim səhvi, tibbi səhv sübuta yetirilərsə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət təyin olunur. Ailə həkim səhvinə görə Fuad Nəzərov barəsində hüquq mühafizə orqanlarına da şikayət edib.

Daha ətraflı videoda:


metbuat.az.