METBUAT.AZ

İdman

9 illik müqaviləyə imza atdı -

15 avq 2023 14:49

"Çelsi" İngiltərə Premyer Liqasında çıxış edən Moises Kaysedonu transfer edib.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Məlumata görə, “Çelsi” futbolçu ilə 8+1 illik müqavilə imzalayıb. Bildirilir ki, “Çelsi” ekvadorlu futbolçu üçün “Brighton”a 133 milyon avro ödəyəcək. Bu rəqəm futbolçunu İngiltərə futbol tarixinin ən bahalı transferi edib. Bu sahədə rekord 121 milyon avro ilə Enzo Fernandesə məxsus olub.

"Çelsi" ilə müqavilə bağladıqdan sonra açıqlama verən 21 yaşlı Moises Kaysedo, "Buraya qatıldığım üçün xoşbəxtəm. Bu böyük klubda olduğum üçün çox həyəcanlıyam. "Çelsi" məni çağıranda iki dəfə düşünməyə ehtiyac duymadım. Burada olmaq yuxunun gerçəkləşməsi kimidir” deyə bildirib.


metbuat.az.