METBUAT.AZ

Dünya

A

18 avq 2023 10:41

Türkiyənin Muş bölgəsində illərdir bir-birinə aşiq olan gənc oğlan və qız 3 gün arayla intihar edib. Buna səbəb qızın atasının onların evliliyinə razılıq verməməsi olub.

Metbuat.az türk mediasına istinadən bildirir ki, intihar edən Yakub Sönmezin atası faciəvi hadisə ilə bağlı qeyd edib:

"Oğlum 26 yaşında idi. Kənddə Dilan adlı bir qızı sevirdi. Qızı istəməyə getdik, amma qızın atası vermədi. Bir neçə dəfə getdik, amma atası bizi qapıdan qaytardı. Kənddə hörməti olan kim varsa, vasitəçi etdim, amma alınmadı".

İntihar edən Dilan Tuna və Yakup Sönmezin məzarları isə yanaşı qazılıb. Türkiyə mediasında gündəm olan faciəvi olayı bir çoxları müasir dövrün "Əsli və Kərəm"i adlandırıblar.

Dilan Tunanın atası isə sosial mediada yayılan xəbərlərin əsassız olduğunu deyib:

"3 il öncə qızımı istəməyə gəldilər. Dedim ki, qızım kiçikdir. 3 ildir başqa heç kim gəlməyib. "Başlıq pulu" istəməmişəm heç kimdən. Onların bir-birini sevdiyini bilmirdim, bu hadisədən sonra xəbər tutdum. Ailəmə və mənə qarşı kampaniyaya başladanlara qarşı hüquqi addım atacağıq. Bu faciə sanki "başlıq pulu" səbəbindən olubmuş kimi göstərirlər".


metbuat.az.