METBUAT.AZ

Dünya

A

29 avq 2023 09:26

“Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojindən sonra Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti "qurban" ola bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunu rus müxalif siyasətçi Dmitri Qudkov deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin artıq Kremli “parçala və hökm sür” prinsipi ilə idarə edir. Siyasətçi iddia edir ki, növbəti qarşıdurma Kadırovla olacaq:

"Çünki Kadırov Rusiya dövlət strukturlarının əsas rəqibidir. Ona görə ki, onun yaxşı təlim keçmiş şəxsi ordusu var. Kadırov isə bütün hüquq-mühafizə orqanlarından yan keçməklə ciddi təsirə malikdir. Bu, çoxlarının xoşuna gəlmir və düşünürəm ki, qarşıda hələ çoxlu münaqişələr görəcəyik”.


metbuat.az.