30 avq 2023 10:55
Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimovun vəfatı hər kəsi sarsıtdı. Uzun sürən xəstəlikdən sonra 34 yaşında dünyasını dəyişən keçmiş futbolçunun ölümündən ən çox təsirlənən təbii ki, ailə üzvləridir.
Metbuat.az "Sportinfo.az"a istinadən bildirir ki, Şəhriyarın xanımı Suğra Rəhimova sosial şəbəkə hesabında paylaşım edərək, həyat yoldaşının vəfat etməsinə görə ürəkləri dağlayan sözlər yazıb:
"Mənim sevgim, gücüm, istisnasız hər şeydə dəstəyim. Bu həyatı yaşamaq üçün ikinci şansım olsaydı, yenə səninlə bu yolu gedərdim. Sən mənə ömürlük sevgi bəxş etdin. Amma yandırdın kül etdin məni…"
Şəhriyar Rəhimov karyerası ərzində "İnter", "Karvan", AZAL, "Rəvan", "Zirə", "Kəpəz", "Səbail" kimi komandaların şərəfini qoruyub, Azərbaycan yığmasında 7 oyunda forma şansı qazanmışdı.