1 avq 2023 15:08
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycan və Ermənistana səfər edəcək.
Metbuat.az xəbər verir ki, ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilir ki, o, ABŞ-nin sülh prosesinə dəstəyini, davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün bu həftə regiona səfər edəcək.
Qeyd edək ki, L.Bono sonuncu dəfə regionda may ayında olub. O, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair müzakirələr aparıb.