METBUAT.AZ

Dünya

ABŞ rəsmisi hərbi çevrilişin olduğu Nigerə səfər etdi

8 avq 2023 12:05

ABŞ-ın Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland Nigerə səfər edib.

Metbuat.az xəbər verir ki,o, Nigerdə hərbi çevrilişin təşkilatçıları ilə görüşüb. Viktoriya Nuland paytaxt Niameydə onlayn toplantı keçirərək jurnalistlərin suallarını cavablandırıb.

Xarici işlər naziri Antoni Blinkenin xahişi ilə Nigerə səfər etdiyini qeyd edən Nuland deyib: “Demokratik nizama meydan oxuyan bu məsul şəxslərlə açıq danışmaq, bu məsələləri diplomatik yolla həll etməyə çalışa biləcəyimizi görmək, bəzi danışıqlara başlamaq və həm də münasibətlərimizdə nəyin təhlükə altında olduğunu müzakirə etmək istədik. Danışıqlar son dərəcə səmimi və bəzən olduqca çətin oldu”.

Nuland bildirib ki, hərbi səlahiyyətlilərin davranışları Niger konstitusiyasına uyğun gəlmir və onlar danışıqlar yolu ilə həll yolu tapmağa çalışırlar. Prezident Muhammed Bazum ilə də görüşmək istədiklərini, lakin bunun qəbul edilmədiyini qeyd edən Nuland, Bazumla telefonla danışdıqları barədə məlumat paylaşıb. Nuland hərbi çevrilişdən sonra “Vətəni Mühafizə Milli Şurası” rəhbərliyini öz üzərinə götürən və keçid hökumətinin başçısı olan Abdurrahmane Tchiani ilə görüşmək imkanlarının olmadığını bildirib.


metbuat.az.