METBUAT.AZ

Hadisə

Abşeronda ailə facəsi -

24 avq 2023 14:07

Avqustun 24-də 13:30 radələrində Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü İsaqova Səkinəxanım Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1995-ci il təvəllüdlü Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb.

Araşdırma aparılır.


metbuat.az.