14 avq 2023 14:43
"Azərbaycan Dəmir Yolları" QSC-də maşinist işləmək istəyənlərin 27 %-i imtahandan uğurla çıxıb.
Metbuat.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, qurumdan və kənar təşkilatlardan ümumilikdə 349 nəfər maşinist və maşinist köməkçiləri üçün 3 mərhələli imtahan prosesinə qatılıb.
Sonda 92 namizəd dəmiryol nəqliyyatının idarə edilməsi hüququnu təsdiq edən vəsiqəyə sahib olub, o cümlədən kənar qurumlardan müraciət etmiş 38 namizəddən 15-i imtahanı uğurla başa vurub.