METBUAT.AZ

Dünya

Afrikadan Avropaya getmək istədilər: Çatdıqları ölkəni biləndə heyrətə gəldilər -

3 avq 2023 12:14

Avropaya getmək üçün yola çıxan nigeriyalı mühacirlər, çatdıqları ünvanın hansı dövlət olduğunu biləndə heyrətə gəliblər.

Metbuat.az xəbər verir ki, Nigeriyadan qeyri-qanuni yollarla yük gəmisinə minən 4 qaçqın iki həftədən sonra çatdıqları dayanacağı görəndə məyus olublar. Onlar Avropa ölkəsinə deyil, Braziliyaya gedib çıxıb. Məlum olub ki, onlar Braziliyaya üzən gəmiyə miniblər.

Onlar gəminin heyətindən gizlənərək, göyərtədə özlərinə yer tapıblar. Sərnişinlərdən ikisi Braziliyadan sığınacaq istəyib, digər ikisi isə könüllü olaraq Nigeriyaya qayıdıb.


metbuat.az.