METBUAT.AZ

Ölkə

Ağsuda dağlıq ərazidə yanğın

23 avq 2023 10:45

Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb.

FHN-dən Metbuat.az-a verilən xəbərə görə, yanğın nəticəsində dağlıq ərazidə quru ot, kol-kos, ağac və ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.


metbuat.az.