METBUAT.AZ

Mədəniyyət

Akif İslamzadə Prezidentə

14 avq 2023 14:27

Müğənni Akif İslamzadə “Şöhrət” ordeni ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə təşəkkür edib.

Metbuat.az xəbər verir ki, bu barədə Akif İslamzadə “Report”a açıqlamasında bildirib.

“Əhvalım çox yaxşıdır, amma hələ özümə gələ bilməmişəm. Artıq ikinci adamsınız ki, zəng edib təbrik edirsiniz. Əlbəttə, böyük sevinc və xoşbəxtlik hissi keçirirəm. Çox sevincliyəm. Ölkə başçısı, qalib Ali Baş Komandan tərəfindən ordenlə təltif olunmaq mənim üçün böyük xoşbəxtlikdir. Verilən dəyər üçün minnətdaram”.

Qeyd edək ki, Akif İslamzadə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.


metbuat.az.