METBUAT.AZ

İqtisadiyyat

AMB valyuta hərracında banklara satılan dolların həcmini

29 avq 2023 13:00

29 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

Metbuat.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 58,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 4% azdır. Belə ki, 24 avqustda keçirilən valyuta hərracında banklar 61.33 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.


metbuat.az.