METBUAT.AZ

Dünya

Antalyada 4.5 ballıq zəlzələ oldu

10 avq 2023 18:01

Türkiyənin Antalya vilayətində yenidən zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Qazipaşa rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib.


metbuat.az.