22 avq 2023 12:27
Xalq artisti Rasim Balayev jurnalist İsmayıl Cəlilovun “Düz danışaq” verilişində qonaq olub.
Metbuat.az xəbər verir ki, müsahibənin gedişində aktyor cinsi azlıqlarla bağlı düşüncələrini səsləndirərkən aparıcı özünün də gey olduğunu qeyd edib. Bu, Xalq artistinin təəccübünə səbəb olub.
Aparıcının “Mən gey olsam da, özümü müsəlman sayıram. Bəs siz?” sualına Rasim Balayev “Geysizsə, yox” cavabını verib.
R.Balayev aparıcının etirafından sonra çox təəccübləndiyini bildirib.