15 avq 2023 20:05
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Metbuat.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, avqustun 14-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 5 ticarət və 6 ictimai iaşə müəssisədə həyata keçirilən monitorinqlər zamanı ümumilikdə altı müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | "Abşeron Marina" restoranı | Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, ev 272 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 | "Karma" restoranı | Bakı şəhəri, Binəqədi rayonu, bağ massivi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 | "Aqua Park" istirahət mərkəzində restoran | Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 | "Star" hotelində restoran | Şamaxı rayonu, Çuxuryurd kəndi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 | "Slava" restoranı | Şamaxı rayonu, Çuxuryurd kəndi | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
6 | "Yarpızlı" restoranı | Şamaxı rayonu, Çuxuryurd kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |