METBUAT.AZ

Siyasət

Arayik istefa verdi, növbəti kimdir? -

31 avq 2023 13:18

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçı rejimin başçısı Arayik Arutunyan istefa verib.

Metbuat.az xəbər verir ki, vəziyyəti şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanın tələbi ilə "istefa" verən Arayik Arutunyan reinteqrasiya siyasətinə mane olaraq birbaşa Kremlin göstərişlərini yerinə yetirirdi.

"Növbəti mərhələdə Ruben Vardanyanda Qarabağı tərk edəcək. Azərbaycan reinteqrasiya siyasətini davam etdirəcək. Erməni icması ilə Azərbaycan birbaşa üçüncü tərəfin iştirakı olmadan dialoqun qurulması mümkündür".

Qeyd edək ki, Arayik Arutyuyanı Samvel Şahramanyan əvəz edib. Bu barədə Arayik özü məlumat yayıb. O qeyd edib ki, "dövlət naziri" Qurgen Nersisyan tutduğu vəzifədən azad edilib.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.