4 avq 2023 15:26
"Mançester Siti" və "Atletiko Madrid" "Gənclərbirliyi"nin futbolçusu Efe Sarıkaya üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, bu barədə "Gənclərbirliyi"nin baş məşqçisi Sinan Kaloğlu açıqlama verib. O bildirib ki, Avropanın bir sıra klubları gənc istedadın oyununu yaxından izləyir. Onun sözlərinə görə, 16 yaşlı futbolçunun yaxşı istedadı var.
"Altayda vəzifəyə başlayanda son həftələrdə 16 yaşında Efe Sarıkayanı oynatdım. Bu da onunun milli komandaya çağrılmasına səbəb oldu. Efe ilə "Mançester Siti", "Atletiko Madrid" kimi klubları maraqlanır” - Sinan Kaloğlu deyib.