METBUAT.AZ

İdman

Ardadan sonra bu türk də İspaniya nəhənginə keçir

17 avq 2023 09:25

La Liqa təmsilçisi "Sevilya" "Trabzonspor"da çıxış edən Uğurcan Çakırla maraqlandığını bildirib.

Metbuat.az xəbər verir ki, İspaniya klubu bununla bağlı "Trabzonspor”a məktub ünvanlayıb. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, “Sevilya” Türkiyə millisinin üzvü üçün 8 milyon avro təklif edib. Qapıçının İspaniyada oynamağa qarşı olmadığı iddia edilir. Məlumatda qeyd edilir ki, “Sevilya” klubu qapıçısı Bononu Səudiyyə Ərəbistanına satmaq üzrədir. İspaniya təmsilçisi Uğurcan Çakırı onun yerinə transfer etmək istəyir.

Qeyd edək ki, Uğurcan Çakır üçün Fransanın "Nant" klubu rəsmi təklif göndərib. 27 yaşlı qolkiper indiyədək “Trabzonspor”la 204 rəsmi oyunda iştirak edib. Uğurcan Çakır adıçəkilən matçlarda 240 qol buraxıb və 59 matçda qapısını toxunulmaz salxayıb.


metbuat.az.