16 avq 2023 12:09
Arıqlama üsulları insandan insana dəyişir, bir şəxsdə effektli olan üsul, digərində olmaya bilər. Lakin mütəxəssislərin arıqlamaq istəyən insanlar üçün tövsiyə etdiyi 4 faydalı üsul mövcuddur.
Metbuat.az xarici mediaya istinadən həmin qaydaları təqdim edir:
Bol tərəvəz yeyin
Tərəvəzlərin kalorisi az olsa da, insanda toxluq hissi yaradır. Vitamin və minerallarla zəngin olan tərəvəzlər çox yeməyin də qarşısını alır.
Kalori sərfiyyatını artırın
Bunun üçün fiziki hərəkətləri artırmalısınız. Bu, zamanla arıqlamağınıza səbəb olan enerji disbalansını yaradacaq.
Karbohidratlardan uzaq durun
Arıqlamaq üçün əsas yollardan biri karbohidratlı qidaların qəbulunu azaltmaqdır. Bu qidalar dadlı olsa da, sizin üçün zərərlidir.
Yağsız proteinləri seçin
Məsələn, balıq yeyə bilərsiniz. Bu qidalar digər yağlı qidalara nisbətən daha az kaloriyə sahibdirlər.