31 avq 2023 15:42
Separatçı rejimin "dövlət nazirinin" müşaviri Artak Beqlaryan vəzifəsindən azad edilib.
Metbuat.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
Qeyd edək ki, Qarabadakı qondarma rejimin "rəhbəri" Arayik Arutyunyan istefa verib. Arayik Arutunyan özü istefa verməzdən öncə qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanı vəzifədən azad edib. Separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçib. Belə ki, o, "dövlət naziri" postuna gətirilib.