METBUAT.AZ

Dünya

"Aşpaz"lıqdan qiyama gedən yol -

24 avq 2023 09:05

Xəbər verdiyimiz kimi, dünən Rusiyanın Tver vilayətində təyyarənin qəzaya uğraması səbəbindən “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və daha 9 nəfər həlak olub.

Metbuat.az Priqojin haqqında bilinməyələri təqdim edir:

Putinin aşpazı" - Priqojin kimdir?

Yevgeni Viktoroviç Priqojin rusiyalı iş adamıdır. 1981-ci ildə soyğunçuluğa görə 12 il müddətində həbs olunub. Həbsdən sonra hotdoqlar satmağa başlayıb. Ardınca supermarketlər şəbəkəsində hissələr əldə edib, öz restoran və iaşə şirkətini açıb. Restoranları və iaşə obyektlərində Putinin yüksək səviyyəli qonaqlarına ev sahibliyi edib, “Putinin aşpazı” kimi tanınıb. 2019-cu ildə Priqojinin sərvəti 14,6 milyard rubl qiymətləndirilib. 2016-cı ildə Sankt-Peterburqun 30 ən nüfuzlu adamı siyahısına daxil edilib 2022-ci ildə mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində ilin adamı elan edilib.

Birləşmiş Ştatlar və Avropa İttifaqı "Vaqner"dəki roluna görə sanksiyalara məruz qalıb

62 yaşlı Priqojin Rusiya "Konkord" şirkətlər qrupunun rəhbəri və sahibi olmaqla bərabər, həm də Rusiya Federasiyasının Qəhrəmanı, Donetsk və Luqansk qəhrəmanı adını alıb.

"Vaqner" necə ortaya çıxıb?

Qrup ilk dəfə 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən meydana çıxıb. "Vaqner" adını istefada olan rus zabit Dmitri Utkinin təxəllüsündən götürüldüyü bildirilir. Dmitri Utkin "Vaqner"in rəhbəridir. Deyilənə görə, Utkin Hitlerin sevimli bəstəkarı Vaqnerin şərəfinə özünə Vaqner təxəllüsünü götürüb.

"Vaqner" üzvləri Suriya, Liviya, Mərkəzi Afrika Respublikası və Ukrayna ilə yanaşı Sudan, Mali və Mozambikdə də döyüşüb. Onlar bu dövlətlərdə avtoritar liderlərin tapşırıqlarını yerinə yetirməklə, bəzən neft-qaz yataqlarını ələ keçirməklə, nəticədə dolayı yolla həmin ərazilərdə Rusiyanın maraqlarını, təsirini möhkəmləndirməklə məşğul olub.

Bəzi mənbələrdə "Vaqner"in 25 min nəfərlik hərbi qüvvəsi olduğu da bildirilir.

"Vaqner" Qrupunun yaradılmasında məqsəd Rusiya hökumətinin rəsmi siyasəti hesab olunmasa da, Rusiyanın maraqlarını qorumaq və Rusiyanın təsir dairəsini genişləndirmək üçün fəaliyyət göstərmək idi. Vaqner Qrupunun fəaliyyəti əsasən hərbi təlim və döyüşçülərin təmin edilməsinə yönəlmişdi. Qrup rusiyayönlü separatçılara dəstək verməklə münaqişələrdə iştirak edib və Rusiyanın maraqlarını qorumaq üçün strateji bölgələrdə fəaliyyət göstərib.

Qiyam və təyyarə qəzasında qəfil ölüm

2023-cü ilin mayında Priqojin rəhbəri olduğu "Vaqner"lə Ukraynanın şərqindəki Baxmut şəhərini ələ keçirib. Hücum zamanı Priqojin müdafiə naziri Sergey Şoyqu və Baş qərargah rəisi Valeri Gerasimovu xəyanətdə ittiham edərək hərbçi çevrilişə cəhd edib. Putinin sərt şəkildə idarə olunan siyasi sistemindəki tabularını pozub. Putin qiyamı Rusiyaya qarşı xəyanət adlandırıb. Sonuncdu dəfə Afrikada "İŞİD, “Əl-Qaidə”yə qarşı vuruşub 2023-cü ilin avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçarkən 10 nəfərlik heyətlə təyyarə qəzasında ölüb.


metbuat.az.