9 avq 2023 11:47
Avropada təbii qazın birja qiymətləri ticarətin açılışından sonra 0,3 % aşağı düşüb.
Metbuat.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın sentyabr fyuçerslərinin qiyməti günə 357,5 ABŞ dolları ilə (+1,2 %) başlasa da, sonradan 352,4 ABŞ dollarına (-0,3 %) qədər azalıb.
Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (1000 kubmetr üçün - 353,3 ABŞ dolları) əsasən hesablanır.