26 avq 2023 12:17
“Azərbaycan baryerlər yaradan ölkələrdən fərqli olaraq yollar salır”.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.
“Zəngilan hava limanından Laçına gedən yeni yolun inşası davam edir. Azərbaycan baryerlər və maneələr yaradan digər ölkələrdən fərqli olaraq yollar salır, kommunikasiyaları və nəqliyyat əlaqələrini yaxşılaşdırır. Yol mədəniyyətdir və sivilizasiyanın əsas komponentidir!”,- paylaşımda qeyd olunub.