METBUAT.AZ

Siyasət

Azərbaycan bu tarixdə antiterror əməliyyatı keçirəcək -

16 avq 2023 16:15

“Ermənilər bütün cəbhə boyu hərəkətə keçiblər. Qarabağda baş verəcək ciddi hadisələrin əlamətləri görsənir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı deyib.

Ermənilərin diplomatik müstəvidə BMT Təhlükəsizlik Şurasına etdiyi təzyiqlər barədə xatırlatma edən siyasətçi bildirdi ki, bəzi digər beynəlxalq regional təşkilatlar da Laçın dəhlizinin açılması ilə bağlı Azərbaycana qarşı hansısa təkliflər, bəzən də tələblər irəli sürürlər.

“Bildiyiniz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi açılamasında belə bir ifadə işlətdi ki, sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qeyri-qanuni silahlı erməni dəstələri, və Ermənistan silahlı qüvvələrinin qalıqları orada fəallaşırlar. Görünür, onlar orada hansısa fəaliyətlər icra etmək üçün aktivləşiblər. Ola bilər ki, BMT Təhlükəsizlik Şurasında hansısa qərar qəbul etdirə bilməsələr, regionda təxribat törətsinlər. Bilirsiniz ki, bir müddətdir İranın oraya 1500 nəfərlik qüvvə yetirməsi, Hindistandan silah daşıması ilə bağlı müəyyən məlumatlar var. Qarabağda böyük, geniş hərbi əməliyyatların başlanacağına inamıram, amma kiçik, lokal, diversiya xarakterli terrorçu qrupları vasitəsilə təxribatlar törədə bilərlər.


Yaranmış vəziyyət ilə bağlı Azərbaycanın diplomatik müstəvidə bir çox işlər gördüyünü vurğulayan Akif Nağı hesab edir ki, Azərbaycan planına uyğun olaraq Xankəndi istiqamətində hərəkət etməlidir.

“Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatların Ağdama səfəri çərçivəsində orada yerli şəraitlə tanış oldular. Yəni bu vacib bir məsələdir ki, bu yol sərfəlidir. H. Hacıyev deyib ki, sovetlər zamanında Ağdam-Xankəndi yolu coğrafi, təbii olaraq nəqliyyat nöqteyi-nəzərindən ən uyğun, ən səmərəli yol kimi istifadə olunub. “

Bu yol həddindən artıq qısa cəmi 23 km-dir. Biz də bu yolla zamanına gedib-gəlmişik. Doğrudan da çox sərfəlidir. Bu gün Azərbaycan Silahlı Qüvvələri tərəfindən dah bir erməni diversiya qrupu da zərərsizləşdirilib bir nəfər də əsir götürülübdür. Bu da onların dolayısı ilə də olsa müharibəyə hazırlığından xəbər verir. Azərbaycan qarşı tərəfin hansısa təxribatını gözləmədən addım atmalıdır. Bu yumşaq güc vasitəsilə də ola bilər, antiterror əməliyyatı ilə ola bilər. Proqnozlara görə, gələn il sentyabr ayında Azərbaycan antiterror əməliyyatı həyata keçirə bilər. Azərbaycan adətən belə hallarda gözlənilməzlik faktoruna üstünlük verir. Əgər kimlərsə sentyabr ayında deyirlərsə, bu o vaxt da ola bilər ya da, sentyabrdan sonra da baş verə bilər. Ermənistan Qarabağda təxribat törətməklə beynəlxalq təşkilatları aldadıb yalan məlumatlar yaymaqla məşğuldur. Bu da onların sivil yolla razılığa gəlməyəcəklərinə işarədir. Ona görə də Azərbaycan məcburdur ki, antiterror əməliyyatını keçirsin. Əməliyyatın dəqiq vaxtını yəqin ki, Azərbaycanın siyasi və hərbi rəhbərliyi müəyyənləşdirəcək”,-deyə Akif Nağı qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat,az


metbuat.az.