METBUAT.AZ

Siyasət

"Azərbaycan diplomatiyasi BMT TŞ-da növbəti dəfə qələbə çaldı" -

17 avq 2023 14:00

"BMT TŞ-nın iclasında Ermənistan və Fransanın Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamların qəbul olunmaması Azərbaycan diplomatiyasının növbəti uğurudur".

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat BMT TŞ-nın iclasında Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin çıxışı barədə danışaraq bildirdi ki, diplomatımız ümumi vəziyət barədə çox obyektiv, reallıqa və beynəlxalq hüquqa söykənmiş fikirləri auditoriyanın diqqətinə çatdırdı.

"Hörmətli Yaşar Əliyev Qarabağdakı ermənilər və Laçın yolu ilə bağlı çox geniş və məntiqli çıxış etdi. Daimi nümayəndəmiz Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı ünvanladığı bütün saxta ittihamları alt-üst etdi. Yaşar Əliyevin çıxışında Ermənistanın təxribatçı siyasəti, Laçın yolunun bağlı olmaması və Azərbaycanın təklif etdiyi alternativləri, Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab etməyimizi və onların bütün məsələlərini həll etməyə hazır olduğumuzu TŞ-nın üzvlərinin diqqətinə çatdırdı. Həm də Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirdiyini və Azərbaycan Konstitusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara zəmanət verdiyini qeyd etdi. BMT TŞ-nın iclasında Ermənistan və Fransanın Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamların qəbul olunmaması Azərbaycan diplomatiyasının növbəti uğuru və beynəlxalq hüquqa hörmətlə yanaşmasının hələ də aktual qaldığının göstəricisi hesab edirəm",- deyə Azər Badamov qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.